
Peşə Təhsili üzrə Dövlət Agentliyi ixtisasartırma təlimi keçirib
Peşə təhsilində müasir texnologiyaların tətbiqi, müəllimlərin peşəkar bacarıqlarının təkmilləşdirilməsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəssisələrində praktiki təlimlər, sertifikatlaşdırma təşəbbüslərindən xəbərdar olmaq üçün bizi izləyin.
2–4 noyabr tarixlərində “Kargüzar” və “Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis” ixtisasları üzrə ixtisasartırma təlimi təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib. İki gün onlayn, bir gün əyani formatda keçirilən təlimdə iştirakçıların rəsmi sənədlərin tərtibi, qeydiyyatı, dövriyyəsi və arxivləşdirilməsi, eləcə də ənənəvi və elektron kargüzarlıq üzrə bilik və bacarıqları təkmilləşdirilib. Təlimi başa vuran 20 iştirakçıya müvafiq sertifikat təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

