
Qarabağ məktəblərində valideyn konfransı keçirilib
Təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən təşəbbüsləri, məktəb idarəçiliyinə dair qərarları izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarındakı təlim-tərbiyə prosesləri, rəsmi tövsiyələrdən məlumatlı olmaq üçün bizi izləyin.
Ağcabədi rayonu üzrə valideyn konfransı keçirilib. Konfransda tədris motivasiyasının artırılması, uşaqların psixoloji və emosional inkişafı, rəqəmsal təhlükəsizlik, sağlam həyat tərzi, gender bərabərliyi, erkən nikahın qarşısının alınması və uşaq hüquqlarının qorunmasında valideyn məsuliyyəti kimi mövzular müzakirə edilib.
Direktor.az xəbər verir ki, bu barədə Qarabağ Regional Təhsil İdarəsindən bildirilib. Görüşdə məktəb və ailə arasında əməkdaşlığın gücləndirilməsinin, uşaqların sağlam və hərtərəfli inkişafında valideyn iştirakının əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, valideyn konfranslarının əsas məqsədi məktəb və məktəbəqədər təhsil müəssisələri ilə ailə arasında
əməkdaşlığı gücləndirməklə uşağın hərtərəfli inkişafını təmin etmək, həmçinin valideyn iştirakını sistemli şəkildə təşviq etməkdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

