
ATU-nun kitabxanası Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
Ali təhsil müəssisələrinin elmi-mədəni fəaliyyətini, akademik kitabxana layihələrini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi, universitetlərin ictimai təşəbbüslərindən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Tibb Universitetinin kitabxanası 21–27 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 12-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. ATU-nun Elektron Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Ziyafət Eminovanın verdiyi məlumata görə, sərgi iştirakçıları və ziyarətçilər Azərbaycan Tibb Universitetinin 1-ci pavilyonda yerləşən 109 nömrəli stendində kitabxananın fəaliyyəti ilə yaxından tanış ola biləcəklər.
ATU-nun beynəlxalq tədbirdə təmsil olunması universitet kitabxanasının imkanlarının daha geniş auditoriyaya çatdırılması, kitabxana sahəsində təcrübə mübadiləsi və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün əhəmiyyətli fürsətdir.
Bu il “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunan sərgidə 32 ölkədən 51 xarici təşkilat, eləcə də 145 yerli nəşriyyat-poliqrafiya müəssisəsi və kitab sənəti ilə əlaqəli təşkilat iştirak edəcək. Tədbirdə Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlarla yanaşı, Türkiyə, ABŞ, Norveç, İngiltərə, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrdən görkəmli yazıçıların və elm adamlarının iştirakı nəzərdə tutulur.
Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzulara həsr olunmuş kitab təqdimatları, imza günləri, konfranslar, müsabiqələr, qiraət və musiqi saatları, həmçinin kitab sənayesi nümayəndələri arasında əməkdaşlığın inkişafına xidmət edən platformalar təşkil ediləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin