
Peşə təhsilində kurikulumların yenilənməsinə başlanılıb
Peşə təhsilində tədrisin keyfiyyətinin artırılmasını, tələbələrin praktiki və rəqəmsal bacarıqlarının inkişafına yönəlmiş təşəbbüsləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, yeni tədris proqramlarından xəbərdar olmaq üçün bizi izləyin.
Peşə təhsilində tədrisin keyfiyyətinin artırılması, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə ixtisas kurikulumlarının yenilənməsi üzrə dəyirmi masa müzakirələrinə başlanılıb.
Direktor.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib. 2027–2028-ci tədris ili üçün nəzərdə tutulan təşəbbüs çərçivəsində oktyabrın 6-dan etibarən keçirilən müzakirələr ümumilikdə 15 ixtisası əhatə edir. Müzakirələrdə peşə təhsili müəssisələrinin nümayəndələri, sahə üzrə ekspertlər, işəgötürənlər və praktik mütəxəssislər iştirak edirlər.
İlk mərhələdə Geyim və aksessuar dizaynı, Qida və içki məhsulları istehsalının texnologiyası, Telekommunikasiya və rabitə avadanlıqlarının quraşdırıcısı, Səs operatoru və Baramaçı ixtisasları üzrə kurikulumların yenilənməsi və yeni tədris proqramlarının hazırlanması məsələləri müzakirə olunub. Müzakirələr zamanı ixtisaslar üzrə tədris məzmununun müasir əmək bazarının tələblərinə uyğunlaşdırılması, praktiki hazırlığın gücləndirilməsi, eləcə də rəqəmsal bacarıqların tədris proqramlarında nəzərə alınması istiqamətində fikir mübadiləsi aparılır. Təşəbbüsün əsas məqsədi əmək bazarının dəyişən tələblərinə və müasir texnoloji yeniliklərə cavab verən, tələbələrin peşə hazırlığını, praktiki və rəqəmsal bacarıqlarını inkişaf etdirən təhsil proqramlarının hazırlanmasına töhfə verməkdir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin