
Azərbaycan Dillər Universitetində DİM-in mütəxəssisi təlim keçib
Ali təhsil müəssisələrinin fəaliyyəti və maarif-təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Universitet həyatındakı aktual seminarlar, ekspert təcrübələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabr ayının 29 da Azərbaycan Dillər Universitetində (ADU) “İmtahan suallarının tərtibi və qiymətləndirilməsi” adlı təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Təlim və metodologiya mərkəzinin təşkilatçılığı ilə keçirilən təlim Dövlət İmtahan Mərkəzinin Dövlət dili xə xarici dillər üzrə şöbəsinin müdiri və ADU-nun İngilis dilinin tədrisi metodikası kafedrasının dosenti Könül Hacıyeva tərəfindən təqdim olunub.
ADU-nun tədris işləri üzrə prorektoru, dosent Şəfəq Şahməmmədova tədbirdə giriş sözü ilə çıxış edərək Könül Hacıyevaya təqdim etdiyi əhəmiyyətli təlim proqramı üçün təşəkkürünü bildirib.
Tədbirdə İngilis və fransız dilləri fakültəsinin dekanı dos. V. Babayeva, Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor A.Yusifzadə, Azərbaycan dilçiliyi kafedrasının müdiri, dos F.Niftəliyeva, Fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri, dosent G. Sadıxova, Rus dili və ədəbiyyatı kafedrasının müdiri, dosent M.Əliyev, Keyfiyyətin təminatı və monitoring şöbəsiin müdiri, dosent F. Qurbanzadə, Təlim və metodologiya mərkəzinin müdiri M.Bağırova , o cümlədən universitet üzrə bir çox kafedraları, Biliyin qiymətləndirilməsı, Keyfiyyətin təminatı və monitoring şöbələrini təmsil edən ümumilikdə əlliyə yaxın ADU əməkdaşı iştirak edib.
Təlimin əsas istiqamətləri Keyfiyyətin təminatı və monitoring şöbəsindən kafedralar tərəfindən imtahan suallarının hazırlanması prosesində Blum taksonomiyasının dərketmə səviyyələrindən məqsədyönlü istifadənin təmin edilməsi, sualların fənn sillabuslarında müəyyən edilmiş təlim nəticələrinə uyğunluğunun qiymətləndirilməsi və tələbələrin bilik və bacarıqlarının ölçülməsi üçün SMART meyarlarına uyğun konkret, ölçülə bilən və əldə edilə bilən hədəflərin müəyyənləşdirilməsi məqsədilə müvafiq təlimin təşkil olunması təklifi əsasnda müəyyənləşdirilib.
Təlim prosesi elmi və praktik təcrübəyə əsaslanan müddəalar, qiymətləndirmə meyarlarını əks etdirən “Blum, DOK, SOLO- fərq nədir?”, “Keyfiyyətli qiymətləndirmə zənciri” , “Meyar hazırlamaq üçün 6 qayda”, “Açıq sualın 5 komponent formulu” təqdimatı ilə davam edib.
Könül Hacıyeva “Ümumi prioritetlər və yekun” adlı bəhsdə iştirakçılara öz tövsiyələrini təqdim edərək ümumi sual-cavab mərhələsi ilə təqdimatını yekunlaşdırıb.
Son olaraq Keyfiyyətin təminatı və monitoring şöbəsiin müdiri, dosent F. Qurbanzadə təlimçiyə bir daha təşəkkür edərək təqdim olunan proqramın yekun nəticələrinin tətbiqinin tələbə nailiyyətlərinin ölçülməsi prosesinə uğurlu nəticə verəcəyini vurğulayıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

