
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədri vətəndaşları qəbul edib
Vətəndaş qəbulları, təhsil idarəçiliyi və maarif-təhsil sistemindəki bütün mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən son rəsmi elanlar, vətəndaş müraciətləri və yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
30 oktyabr 2026-cı il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov qəbul qrafikinə uyğun olaraq vətəndaşlarla görüşüb.
Direktor.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib. Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. İdarə Heyətinin sədri tərəfindən müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Qeyd edək ki, oktyabr ayı üzrə qəbul cədvəlinə uyğun olaraq, Agentliyin rəhbərliyi və struktur bölmə rəhbərləri tərəfindən 4 dəfə olmaqla, 45 vətəndaşın qəbulu həyata keçirilib.
Məlumat üçün bildiririk ki, vətəndaşlar qəbula yazılmaq üçün 146-8 Çağrı Mərkəzinə zəng edərək qeydiyyatdan keçə bilərlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
