
Qarabağ Universiteti İTV-nin “Breyn-rinq” verilişində qalib olub
Ali təhsil müəssisələrimizdə gənclərin intellektual nailiyyətlərini, tələbə uğurlarını izləmək üçün direktor.az-a abunə olun. Universitet həyatındakı zəfərlər, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Qarabağ Universitetinin komandası İctimai Televiziyanın (İTV) “Breyn-rinq” intellektual televiziya yarışmasında uğur qazanaraq ayın finalına yüksəlib və verilişin qalibi olub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Komanda üzvləri yarışma boyunca nümayiş etdirdikləri bilik, məntiqi təfəkkür və çevik qərarvermə bacarıqları ilə fərqlənərək rəqiblərini geridə qoyublar.
Qarabağ Universitetinin tələbələrinin bu uğuru onların akademik biliklərinin, intellektual potensialının və komanda şəklində işləmək bacarıqlarının göstəricisidir. Qeyd edək ki, “Breyn-rinq” iştirakçıların biliklərini, məntiqi təfəkkürünü, diqqətini və çevik qərarvermə bacarıqlarını sınayan intellektual yarışma formatıdır. Yarışma zamanı komandalar müxtəlif sahələri əhatə edən sualları cavablandıraraq həm fərdi biliklərini, həm də komanda şəklində işləmək bacarıqlarını nümayiş etdirirlər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

