
Mərkəzi Aran RTİ-nin müdir müavini direktor və direktor müavinləri ilə görüşüb
Təhsildə keyfiyyət təminatı mexanizmlərini, məktəb idarəsindəki yeni tələblərini izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil siyasəti, rəhbər heyətin fəaliyyət standartlarından xəbərdar olmaq üçün bizi izləyin.
Noyabrın 2-də Yevlax rayonunda “Keyfiyyət fəaliyyət planı”nın icrası ilə bağlı görüş keçirilib.
Direktor.az xəbər verir ki, görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, Tədrisin keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev, Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, idarənin əməkdaşları, eləcə də təhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak ediblər.
Görüş zamanı Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov “Keyfiyyət fəaliyyət planı” çərçivəsində görülən işlərin təhlilinə əsaslanan hesabat xarakterli təqdimatla çıxış edib. O, əldə olunan nəticələr və qarşıya çıxan problemlər barədə məlumat verərək ümumi təhsil müəssisələrində təlim keyfiyyətinin yüksəldilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
Təqdimat çərçivəsində IV və VI siniflər üzrə monitorinqlərin nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri, məktəblərin özünüqiymətləndirməsi, dərsdinləmələrin təşkili, məktəb kateqoriyalarının inkişaf dinamikası, məktəbdaxili qiymətləndirmənin obyektivliyi, zəif nəticə göstərən şagirdlərlə işin təşkili və müəllimlər arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Sonda müəssisə rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, mövcud problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

