
OYU-da elmi-metodik seminar keçirilib
Ali təhsil müəssisələrinin fəaliyyəti və maarif-təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Universitet həyatındakı aktual seminarlar, ekspert təcrübələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasında növbəti elmi-metodik seminar təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Seminarda kafedranın baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Əfqan Musayev “Özəl pensiya fondlarının formalaşmasında dünya təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə zamanı dünyada özəl pensiya fondlarının inkişaf modelləri, onların idarəetmə mexanizmləri, beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti və bu təcrübənin Azərbaycan şəraitində tətbiqi imkanları geniş şəkildə şərh olunub. Seminar iştirakçıların mövzu ətrafında fikir mübadiləsi və müzakirələri ilə davam edib. Müəllimləri maraqlandıran suallar məruzəçi tərəfindən cavablandırılıb.
Elmi-metodik seminarlar universitetdə elmi müzakirə mühitinin inkişafına, akademik biliklərin bölüşdürülməsinə və aktual iqtisadi məsələlərin elmi aspektdən araşdırılmasına xidmət edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

