
AzTU Gürcüstan universitetləri ilə əməkdaşlıq müqavilələri imzalayıb
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, beynəlxalq təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun. Təhsil idarəçiliyi siyasəti, universitetlərin qlobal əməkdaşlığı və həyata keçirilən strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Texniki Universiteti (AzTU) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən I Azərbaycan–Gürcüstan Rektorlar Konfransı çərçivəsində Gürcüstanın bir sıra ali təhsil müəssisəsi ilə əməkdaşlıq müqavilələri imzalayıb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Əməkdaşlıq müqavilələri Gürcüstan Texniki Universiteti, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Biznes və Texnologiya Universiteti, Şota Rustaveli adına Batumi Dövlət Universiteti, Akaki Tsereteli Dövlət Universiteti və Qafqaz Universiteti ilə imzalanıb.
İmzalanan sənədlər iki ölkənin ali təhsil müəssisələri arasında akademik və elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin inkişafı, birgə elmi layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsi üçün yeni imkanlar yaradır. Əməkdaşlıq çərçivəsində mühəndislik və texnologiya sahələrində birgə tədqiqatların təşviqi, beynəlxalq layihələrdə tərəfdaşlığın inkişaf etdirilməsi və universitetlərin elmi potensialından qarşılıqlı faydalanılması nəzərdə tutulur.
Yeni əməkdaşlıq əlaqələri AzTU-nun Gürcüstanın ali təhsil müəssisələri ilə tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsinə, regional elmi-akademik əlaqələrin gücləndirilməsinə və beynəlmiləlləşmə istiqamətində fəaliyyətinin inkişafına töhfə verəcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

