
Dövlət İmtahan Mərkəzində GRE imtahanı keçiriləcək
Qlobal təhsil imkanları, xaricdə magistratura və doktorantura təhsili üçün tələb olunan beynəlxalq imtahanları izləmək üçün direktor.az-a abunə olun. Beynəlxalq qiymətləndirmə prosesləri, imtahan tarixlərindən xəbərdar olmaq üçün bizi izləyin.
ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı noyabrın 20-də Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda təşkil olunacaq.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. İştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən- https://dim.gov.az/az/fealiyyet/qebul-ve-imtahanlar/gre tanış olmaq mümkündür.
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

