
Bakı Mühəndislik Universitetində süni intellekt üzrə gənclər hakatonu keçirilib
Ali təhsil müəssisələrində tətbiqi layihələr, tələbə hakatonlarını izləmək üçün direktor.az-a abunə olun. Təhsil müəsissələrinin innovativ təşəbbüsləri, praktiki inkişafından xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Mühəndislik Universitetində (BMU) AI Youth Camp (Süni intellekt üzrə Gənclər Düşərgəsi) çərçivəsində süni intellekt texnologiyalarına həsr olunan hakaton təşkil edilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan hakatonun məqsədi gənclərin süni intellekt sahəsində bacarıqlarının inkişaf etdirilməsi, nəzəri biliklərinin praktiki layihələr vasitəsilə tətbiqinə şərait yaradılması olub. Hakaton müddətində iştirakçılar komandalara bölünərək süni intellekt əsaslı innovativ həllər üzərində çalışıb, irəli sürdükləri ideyaları layihələr şəklində işləyib hazırlayıblar. BMU-nun "Kompüter elmləri" ixtisasının II kurs tələbəsi Zərif Salehzadənin rəhbərliyi ilə hazırlanan layihələr yekunda münsiflər heyətinə təqdim olunub və müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib.
Qiymətləndirmənin nəticələrinə əsasən, fərqlənən komandalar qalib elan edilərək mükafatlandırılıb, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

