
Hökumətlərarası Təqaüd Proqramı ilə Çində təhsil imkanı
Ali təhsil müəssisələrimizin beynəlxalq əməkdaşlığı, ikili diplom proqramlarını izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin beynəlxalq nailiyyətləri, rəsmi tərəfdaşlıqlar və təhsil sahəsindəki yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
2027–2028-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Azərbaycan vətəndaşları üçün Çində təhsil almaq məqsədilə sənəd qəbulu elan edilir.
Direktor.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.Proqram çərçivəsində Azərbaycan və Çin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşılıqlı olaraq hər iki ölkənin ali təhsil müəssisələrində təhsil almaq imkanı təqdim olunur.
Təqaüd proqramına bu il dekabrın 13-dək müraciət etmək olar. Namizədlərin qəbulu ilə bağlı yekun qərarın 2027-ci ilin iyul–avqust aylarında təqdim olunması nəzərdə tutulur.
Proqram “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

