
Lənkəran Dövlət Universitetinin elmi göstəriciləri yüksəlib
Ali təhsil müəssisələrinin inkişaf yolu, tələbələrin təşəbbüsü ilə həyata keçirilən yaradıcı layihələri izləmək üçün direktor.az-ı izləyin. Tələbələrin inkişafına və beynəlxalq əməkdaşlığa xidmət edən təşəbbüslərdən xəbərdar olmaq üçün direktor.az-a abunə olun.
Lənkəran Dövlət Universiteti (LDU) “Azərbaycan Milli H-index Ranking” reytinqinin 2026-cı ilin IV rübü üzrə açıqlanan nəticələrinə əsasən, elmi fəaliyyət sahəsində ötən illə müqayisədə irəliləyiş əldə edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. 2025-ci ilin göstəriciləri ilə müqayisədə universitetin milli elmi platformalardakı H-indeksi 17-dən 19-a yüksəlib. Mövcud statistik göstəricilərə əsasən, Scopus üzrə H-indeks 23-dən 25-ə, Web of Science üzrə 21-dən 23-ə, Google Scholar üzrə isə 13-dən 16-ya yüksəlib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

