
Bağça olmayan ərazilərdə ailə tipli məktəbəqədər qruplar yaradılır
Bağça çatışmazlığı olan ərazilərdə ailə tipli məktəbəqədər təlim qruplarının yaradılması, namizədlərə dair tələblər və elektron qeydiyyat prosesi haqqında məlumat üçün direktor.az-a abunə olun. Qeydiyyat keçidləri və təhsil sistemindəki bütün vacib yenilikləri vaxtında öyrənmək üçün bildirişləri aktiv edin.
Bağça çatışmazlığı olan ərazilərdə ailə tipli məktəbəqədər təlim qrupları yaradılır.
Direktor.az xəbər verir ki, Azərbaycanda azyaşlıların erkən inkişaf və məktəbəqədər təhsil imkanlarının artırılması istiqamətində yeni layihəyə start verilir. Təşəbbüs çərçivəsində dövlət və ya özəl uşaq bağçalarının, habelə icma əsaslı tədris mərkəzlərinin mövcud olmadığı, təhsilə çıxışın məhdud qaldığı yaşayış məntəqələrində ailə tipli icma əsaslı məktəbəqədər hazırlıq qrupları təşkil ediləcək.
Öz fərdi yaşayış evində və ya təhlükəsiz təlim şəraiti təmin edilə biləcək digər uyğun məkanda uşaqlarla işləmək imkanı olan şəxslər bu təşəbbüsə qatıla bilərlər.
Namizədlərə dair tələblər və kimlər müraciət edə bilər?
Tərbiyəçi-müəllim kimi fəaliyyətə maraq göstərən valideynlər, xüsusilə təşəbbüskar xanımlar;
Məktəbəqədər təhsil, məktəbəhazırlıq və ümumi tədris sahəsində ilkin təcrübəsi olan mütəxəssislər;
Azyaşlıların inkişafına dəstək vermək istəyən və minimum tam orta təhsil bazasına malik şəxslər;
Təlim prosesində iştiraka hazır olan, uşaqlarla işləməyə məsuliyyətlə yanaşan namizədlər;
Təhlükəsizlik, sanitariya və gigiyena qaydalarına cavab verən məkan təmin edə biləcək fərdlər.
Tədris prosesi və fəaliyyət formatı
Qrup tərkibi: Hər icma qrupunda 4–8 uşaq yer alacaq;
Qrafik: Təlimlər həftədə 4 gün olmaqla, hər gün 2 – 2,5 saat davam edəcək;
Məzmun: Dərslər oyun əsaslı metodlarla və məktəbə hazırlıq istiqamətində qurulacaq;
Peşəkar dəstək: Tədris prosesi metodistlər və mentorlar tərəfindən daimi metodiki dəstəklə təmin olunacaq və monitorinq ediləcək.
Seçim zamanı elektron ərizə vasitəsilə daxil olan məlumatlar yoxlanılacaq və meyarlara cavab verən iştirakçılar növbəti mərhələyə dəvət ediləcəklər.
Müraciətlər 23 sentyabr 2026-cı il tarixinədək qəbul olunur.
🔗 Elektron müraciət forması: https://forms.cloud.microsoft/r/r39WsgUFVa
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin