
Bakalavr təhsili 3 ilə endirilir? – nazirdən açıqlama
Bakalavr pilləsində bəzi dördillik ixtisasların üçillik formata keçirilməsi təklifi, təhsil müddətinin ixtisasların spesifikliyinə görə optimallaşdırılması haqqında yeniliklər üçün direktor.az- a abunə olun. Təhsil siyasəti, rəsmi açıqlamalar və universitetlərlə bağlı mühüm müzakirələri qaçırmamaq üçün bildirişləri aktiv edin.
"Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar".
Direktor.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
"Bunu yalnız həmin ixtisas üzrə mütəxəssislərin rəyi ilə etmək olar. Mən bunun tərəfdarıyam. Bu addımın bütün ixtisaslara şamil olunması müzakirə edilmir", - nazir əlavə edib.
Nazir bildirib ki, Azərbaycanda şagirdlər 6 yaşından təhsilə başlayırlar və bəzi ixtisaslar üzrə bakalavr təhsilinin müddətinin 3 ilə endirilməsi mümkündür.
“Oxşar götürsək, bakalavr səviyyəsində elə ixtisaslar var ki, onlar 3 il ola bilər. 16-17 yaşlı uşağı formalaşdırmaq üçün 4 il yox, 3 il də bəsdir. Ona görə bəzi ixtisaslarda, məsələn, tibbdə təhsil 6 ildir, müəllimlikdə 4 ildir. Kimya, biologiya ixtisasları 5 ildir”, – deyə nazir qeyd edib.
Emin Əmrullayev bildirib ki, bəzi ixtisasların spesifik xüsusiyyətlərini nəzərə alaraq təhsil müddətinin dəyişdirilməsi mümkündür:
“Bizdə ifaçılıq ixtisası var, bunun magistratura səviyyəsi 2 ildir. Amma bunu birləşdirib 5 il etmək olar”.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin