
Yeni tədris ilində 2,2 milyon nəfər təhsil alacaq
Yeni tədris ilində təhsil pillələri üzrə şagird və tələbə bölgüsü və birinci sinfə qəbul statistikası haqqında rəsmi açıqlamalar üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki ən mühüm statistikaları, strateji qərarları və rəsmi xəbərləri vaxtında öyrənmək üçün bildirişləri aktiv edin.
Yeni tədris ilində Azərbaycanda 2,2 milyon nəfər təhsil alacaq.
Direktor.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, onlardan 1,6 milyon nəfər ümumi təhsil, 260 min nəfər ali təhsil, 226 min nəfər isə məktəbəqədər təhsil üzrə təhsil alacaq.
Emin Əmrullayev qeyd edib ki, cari tədris ilində 124 min şagird birinci sinfə qəbul olunacaq
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin