
Sertifikasiyanın ikinci mərhələsində yeni qaydalar tətbiq olunacaq
Müəllimlərin sertifikatlaşdırılmasının ikinci mərhələsində tətbiq olunacaq yeni qiymətləndirmə çərçivələri, ibtidai siniflərdə oxuyub-anlama bacarıqlarına qoyulan tələblər və əməkhaqqı müzakirələri haqqında ən son yeniliklərdən anında xəbərdar olun! Elm və Təhsil Nazirliyinin yeni strategiyalarını, pedaqoji heyət üçün müəyyən edilən qiymətləndirmə standartlarını və rəsmi açıqlamaları yaxından izləmək üçün direktor.az platformasına abunə olun. Sertifikasiya prosesindəki dəyişiklikləri, təhsil islahatlarını və vacib elanları qaçırmamaq üçün bildirişləri aktiv edin.
"Sertifikasiyanın ikinci mərhələsində müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri tətbiq olunacaq".
Direktor.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zaman deyib.
Nazir sertifikasiyanın ilk beşillik mərhələsinin nəticələrini də qiymətləndirib:
“Biz düşünürük ki, sertifikasiya Azərbaycan təhsili üçün müsbət addım idi və inanıram ki, nəticələrini dərhal yox, bir az sonra görəcəyik. Çünki hələ 2024-cü ildən başlayaraq ilk dəfə olaraq ibtidai təhsilə gedən uşaqlarımızın, demək olar ki, hər biri sertifikasiyadan keçmiş müəllim tərəfindən tədris olunur”, – Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, zaman keçdikcə müəllimlər qarşısında qoyulan tələblər də artacaq.
“Bizim təbii gözləntimiz odur ki, zaman etibarilə müəllimlərdən olan tələblərimiz də artacaq. Çünki zamanın tələbləri artır və biz təhsilin daha yaxşı, keyfiyyətli olmasını istəyiriksə, müəllimlərimizdən də daha yüksək keyfiyyət standartları gözləməliyik”, – nazir deyib.
Emin Əmrullayev bildirib ki, yaxın həftə və aylarda Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən ikinci dəfə sertifikasiyaya cəlb olunacaq müəllimlər üçün yeni qiymətləndirmə çərçivələri təqdim ediləcək:
“Artıq ikinci dəfə sertifikasiyaya cəlb olunan müəllimlər üçün müəyyən mənada yeni çərçivələr olacaq, yeni qiymətləndirmə çərçivələri. Bunlar əsaslı şəkildə əvvəlkindən fərqlənməsə də, müəyyən fərqlər olacaq. Çünki öyrəndiyimiz dərslər var. Anlayırıq ki, bizim harada boşluqlarımız var, harada boşluğumuz varsa, ora daha çox diqqət yetirəcəyik”, – deyə nazir qeyd edib.
Nazir xüsusilə ibtidai sinif müəllimlərinin oxu və oxuyub-anlama bacarıqlarının ön plana çəkiləcəyini vurğulayıb.
“Xüsusilə ibtidai sinifdə bu, oxu ağırlıqlı olacaq. Bizim üçün çox vacibdir ki, ibtidai sinifdə tədris edən müəllimlərimizin özlərinin oxuyub-anlama bacarıqları yüksək olsun. Çünki əks halda uşaqlara onu öyrədə bilmirlər. Öyrədə bilməyəndə uşaqların oxuyub-anlaması aşağı düşür, nəticə etibarilə cəmiyyətin rifahı aşağı düşür”, – Emin Əmrullayev bildirib.
O, yeni mərhələdə sualların sadəcə çətinləşdirilməsinin nəzərdə tutulmadığını da açıqlayıb:
“Bu o deməkdirmi ki, suallar çətinləşəcək? Yox. Sadəcə olaraq daha çox fokus ora olacaq. Çünki indi onsuz da sistemdə qalan, yəni sertifikasiyada uğur qazanan müəllimlərimizin böyük əksəriyyəti arasında yüksək nəticə göstərən xeyli insan var”, – nazir deyib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin