
Müəllimlik ixtisasına qəbul sayı niyə azaldılıb?
Müəllimlik ixtisasına qəbul planındakı ixtisarlar, Elm və Təhsil Nazirliyinin keyfiyyət strategiyası və MİQ müsabiqəsi ilə bağlı mühüm açıqlamalardan üçün direktor.az-a abunə olun. Təhsil siyasətindəki strateji dəyişiklikləri və vacib elanları vaxtında öyrənmək üçün bildirişləri aktiv edin.
“Bu il müəllimlik ixtisasına qəbul sayı azaldılıb. Əvvəl bu say 10-12 min nəfəri əhatə etsə də, bu il 7 540 nəfərə endirilib. Bizim inandığımız bundan ibarətdir ki, müəllim ixtisaslarına qəbulda sayları azaltmaqla keyfiyyəti artıra bilərik".
Direktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
O əlavə edib ki, ballar yüksək ola bilər:
"Lakin sistemə lazım olan qədər müəllim hazırlamağın tərəfdarıyıq, nəinki kütləvi müəllim hazırlığı görməyin. Bu proses kifayət qədər ağrılıdır, amma düşünürəm ki, artıq həmin hədəf rəqəmlərə çatmaqdayıq. Müəyyən say azalmaları yəqin ki, gələn illərdə də olacaq, ancaq bu qədər kəskin olmayacaq. Bu il 2022-2023-cü ilə nəzərən 3 690 yer azalmışıq. Yəni həmin illərdə biz təxminən 11 minin üzərində rəqəmdən danışırdıq. Bizim bu sayları azaltmağımızda əsas səbəblərdən və yaxud əsas müşahidələrimizdən biri də ondan ibarətdir ki, bir çox ali təhsil müəssisələrinə aşağı balla müəllimlik ixtisaslarına qəbul olan tələbələr məzun olduqdan sonra MİQ (müəllimlərin işə qəbulu - red. ) imtahanında heç minimal balı toplaya bilmirlər. Ona görə, prinsip etibarilə onların da, özümüzün vaxtına və təhsilin keyfiyyətinə hörmət baxımından bu qərarı vermişik.
İnandığım ondan ibarətdir ki, ümumiyyətlə gələcəkdə müəllim ixtisasına qəbulun daha rəqabətli olsun.
Düzdür, əsaslı şəkildə rəqabət yaranıb, istər 500 baldan daha çox toplayan, istər yüksək ballarla qəbul olunan insanların sayı müəllimlikdə artmaqdadır. Nəzərə alsaq ki, hələ bundan sonra həmin adamlar bir də MİQ-də iştirak edirlər. Və ümumilikdə müəllimlik ixtisasının rəqabətli bir peşəyə çevrilməsi həmişə ölkənin xeyrinədir. Ola bilər ki, ayrı-ayrı adamlar üçün bu kifayət qədər problemlidir, amma ümumi məqsədlərimizə baxsaq, bu bizim ümumi məqsədlərimizə xidmət edir ki, müəllimlik peşəsi rəqabətli olsun, yəni asan olmasın".
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin