
BDU tələbələri Çində təhsil alacaqlar
BDU tələbələrinin Çində ikili diplom proqramı çərçivəsində təhsil alması və beynəlxalq akademik əməkdaşlıqlar haqqında yeniliklər üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki beynəlxalq mübadilə imkanlarını, rəsmi elanları və ali təhsil gündəmindəki bütün mühüm xəbərləri qaçırmamaq üçün bildirişləri aktiv edin.
BDU-nun Şərqşünaslıq fakültəsinin tələbələri Çində ikili diplom proqramı üzrə təhsil alacaqlar.
Direktor.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universiteti məlumat yayıb.
BDU ilə Çin Xalq Respublikasının Anhui Universiteti arasında həyata keçirilən beynəlxalq akademik əməkdaşlıq çərçivəsində daha bir qrup azərbaycanlı gənc təhsilini xaricdə davam etdirmək imkanı qazanıb. BDU-nun Şərqşünaslıq fakültəsində “Filologiya” (Çin dili və ədəbiyyatı) ixtisası üzrə bakalavriat pilləsində təhsil alan 7 tələbə ikili diplom proqramı əsasında Anhui Universitetinə yola salınıb.
Çində təhsil alacaq tələbələr sırasına Ayan Əskərli, Alsu Fərziyeva, Sara Babazadə, Ömər Məmmədov, Xədicə Namazova, Kristina Rojkova və Ayan Quliyeva daxildir.
İki ali təhsil ocağı arasında müvafiq ixtisas üzrə bakalavriat səviyyəsində birgə ikili diplom müqaviləsi 2023-cü ildə imzalanıb və artıq ikinci ildir ki, BDU-nun növbəti tələbə heyəti bu layihə çərçivəsində Çində akademik hazırlıq keçir.
Tədrisin məzmununu zənginləşdirməyə və milli təhsil sistemini qlobal standartlara inteqrasiya etməyə xidmət edən bu cür proqramlar tələbələrin beynəlxalq təcrübə toplamasına, eləcə də müasir əmək bazarında yüksək rəqabət qabiliyyətinə malik kadrlar kimi formalaşmasına geniş imkanlar yaradır.
Akademik proqramın tələblərini uğurla yerinə yetirən məzunlara həm Bakı Dövlət Universitetinin, həm də Anhui Universitetinin diplomları təqdim ediləcək.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin