
Bakalavr təhsilinin 3 illik olması təklif edilir
Ali təhsildə müzakirə olunan 3 illik bakalavr modeli, qanunvericilikdə gözlənilən dəyişikliklər və qlobal standartlara inteqrasiya istiqamətində atılan addımlar haqqında xəbərdar olmaq üçün direktor.az-a abunə olun. Ali təhsil sistemindəki modernləşmə tendensiyalarını, ekspert rəylərini və qanunvericilik yeniliklərini qaçırmamaq üçün bildirişləri aktiv edin.
"Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında yerləşən universitetlərdən biri üçillik bakalvar təhsillinə keçib. Avropada bu sistem çoxdan tətbiq edilsə də ABŞ universitetlərində yalnız 4 illik ali tədris forması idi. İndi verilən qərarı isə bazarın tələblərinin dəyişməsi, çeviklik, yeni ixtisasların yaradılması, təhsilin əlçatan olması ilə əlaqələndirirlər".
Bunu Milli Məclisin Elm və Təhsil komitəsinin 2026-cı il payız sessiyasının ilk iclasında deputat Fariz İsmayılzadə deyib.O, daha sonra təkliflə çıxış edib:
"Düşünürəm ki, biz də ali təhsil haqqında qanuna yenidən baxa, yeni standartlar gətirə bilərik ki, həm universitetlər beynəlxalq standartlara uyğunlaşsın, həm də çeviklik olsun. Bu mövzuda ictimai dinləmə də keçirə bilərik".
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin