
Şagirdlər üçün “Rəqəmsallıq və süni intellekt” mövzusunda maarifləndirici görüş keçirilib
Məktəblilərin innovativ inkişaf layihələrini, tələbə-məzun təşəbbüslərini izləmək üçün direktor.az-a abunə olun. Rəqəmsal savadlılığın artırılmasına yönəlmiş layihələr, praktiki təlimlərdən xəbərdar olmaq üçün bizi izləyin.
“Maarifçi” tələbə-məzun proqramının iştirakçısı Əsmər Məlikzadə Şamaxı şəhəri E. Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində 5–11-ci sinif şagirdləri üçün “Rəqəmsallıq və süni intellekt” mövzusunda maarifləndirici görüş keçirib.
Direktor.az xəbər verir ki, bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildirilib. Görüşün əsas məqsədi şagirdlərə rəqəmsal dünyanın imkanları, süni intellektin iş prinsipləri və ondan təhsil məqsədilə istifadə yolları barədə məlumat vermək, eyni zamanda rəqəmsal təhlükəsizlik qaydalarına dair biliklərini artırmaq olub.
Tədbir çərçivəsində şagirdlərlə rəqəmsal izlərin qorunması, şəxsi məlumatların məxfiliyi, süni intellektə düzgün sorğuların verilməsi, təqdim olunan məlumatların doğruluğunun yoxlanılması və saxta rəqəmsal məzmunun müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. İnteraktiv müzakirələr və praktik tapşırıqlar şagirdlərin mövzuya fəal cəlb olunmasına şərait yaradıb. Görüşün sonunda süni intellektdən istifadə zamanı tənqidi düşünmənin, şəxsi məlumatların qorunmasının və məsuliyyətli yanaşmanın vacibliyi vurğulanıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
