
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru vətəndaşları qəbul edib
Ali təhsil idarəçiliyi, vətəndaş müraciətlərinin hüquqi həlli mexanizmlərini izləmək üçün direktor.az-a abunə olun. Rəsmi vətəndaş qəbulları, tələbə və alimlər üçün yaradılan imkanlardan xəbərdar olmaq üçün bizi izləyin.
Oktyabrın 23-də Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova tərəfindən vətəndaş qəbulu keçirilib.
Direktor.az xəbər verir ki, qəbul zamanı dublikat diplomların verilməsi, tələbələrin yerdəyişməsi, alimlərin mükafatlandırılması, işlə təmin olunma və digər mövzularla bağlı vətəndaş müraciətləri dinlənilib.
Müraciətlər, o cümlədən şikayət və təkliflər diqqətlə dinlənilib, qaldırılan məsələlərə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq izahatlar verilib, bəzi müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

