
LDU-da korrupsiyaya qarşı maarifləndirici tədbir keçirilib
Ali təhsil müəssisələrimizdə hüquqi maarifləndirmə təşəbbüslərini, təhsil sistemindəki mühüm hadisələri izləmək üçün direktor.az-a abunə olun. Universitet həyatındakı aktual müzakirələr, hüquqi islahatlardab xəbərdar olmaq üçün bizi izləyin.
Lənkəran Dövlət Universitetində (LDU) “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası çərçivəsində tələbələr üçün maarifləndirici tədbir təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib.Tədbiri giriş sözü ilə açan Aqrar və Mühəndislik fakültəsinin dekanı, dosent Balayar Şahbazov mövzunun aktuallığını vurğulayıb. O, gənclərin hüquqi şüurunun yüksəldilməsi və antikorrupsiya mühitinin formalaşdırılmasında bu cür görüşlərin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra LDU-nun hüquqşünası Çingiz Cavadov “Korrupsiyanın qarşısının alınmasında maarifləndirmənin rolu, korrupsiyaya qarşı mübarizədə məsuliyyətimiz” mövzusunda geniş məruzə ilə çıxış edib. Hüquqşünas qanunvericiliyin tələbləri, vətəndaş məsuliyyəti və şəffaflığın təmin olunması mexanizmləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Məruzə ətrafında aparılan müzakirələrdə universitetin tələbələri fəal iştirak ediblər. İnformasiya təhlükəsizliyi ixtisasının IV tədris ili tələbəsi Şəbnəm Zeynalova və informasiya texnologiyaları ixtisasının IV tədris ili tələbəsi Taleh Həsənzadə çıxış edərək korrupsiyanın cəmiyyətin inkişafına mənfi təsirləri, onun qarşısının alınması yolları, eləcə də dövlət və cəmiyyətin üzərinə düşən vəzifələr barədə mülahizələrini bölüşüblər.
İnteraktiv formada davam edən tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

