
ADU Radio-da “Sport Pulse” verilişinin növbəti buraxılışı yayımlanıb
Ali təhsil müəssisələrimizdə tələbə mediasının inkişafını, gənclərin idman və ictimai sahədəki uğurlarını izləmək üçün direktor.az-a abunə olun. Universitet layihələri, istedadlı gənclərlə müsahibələrdən xəbərdar olmaq üçün bizi izləyin.
Azərbaycan Dillər Universitetinin (ADU) ADU Radio layihəsi çərçivəsində “Sport Pulse” verilişinin növbəti buraxılışı yayımlanıb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Verilişin qonağı Azərbaycan U18 basketbol millisinin kapitanı, “Landau Lions” klubunun basketbolçusu İsmayıl Abdullayev olub.
Veriliş zamanı İsmayıl Abdullayevin basketbol karyerası, milli komandadakı fəaliyyəti, beynəlxalq yarışlarda qazandığı təcrübə və gələcək hədəfləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin gənc idmançının qarşılaşdığı çətinliklər, motivasiya mənbələri və basketbola olan marağı barədə söhbət edilib. Veriliş çərçivəsində dinləyicilər üçün idman və basketbolla bağlı maraqlı və faydalı məlumatlar səsləndirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

