
OYU nümayəndəsi Bakı-Abşeron regionunda turizm imkanlarının müzakirəsində iştirak edib
Ali təhsil müəssisələrimizdə elmi-tədqiqat mühitinin gücləndirilməsi, professor-müəllim heyətinin akademik fəaliyyətini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizdəki elmi seminarlar, akademik təşəbbüslərdən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət Turizm Agentliyinin tədbirlər planı çərçivəsində Bakı-Abşeron Regional Turizm İdarəsinin təşkilatçılığı ilə “Bakı-Abşeron regionunda yeni turizm məhsullarının yaradılması və əməkdaşlıq imkanları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Odlar Yurdu Universitetinin Beynəlxalq münasibətlər və Turizm kafedrasının baş müəllimi Elxan Əliyev iştirak edib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Tədbirin əsas məqsədi Bakı-Abşeron regionunun turizm potensialının tanıdılması, yeni turizm məhsullarının yaradılması, mövcud imkanlardan səmərəli istifadə edilməsi və turizm sektorunda əməkdaşlıq əlaqələrinin genişləndirilməsi olub. Tədbir çərçivəsində Bakı və Abşeron ərazisində fəaliyyət göstərən turizm sənayesi müəssisələrinin təqdimatları nümayiş etdirilib. Həmçinin regionun təbii resurs potensialını təmsil edən turizm kompleksləri və milli parklar haqqında məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Təqdimatlar ekoturizm, təbiət turizmi və digər turizm istiqamətləri üzrə mövcud imkanların dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyıb.
Görüş zamanı regionun turizm resurslarından səmərəli istifadə, rəqabətqabiliyyətli turizm məhsullarının formalaşdırılması, yeni turizm marşrutlarının yaradılması və sahədə fəaliyyət göstərən qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Odlar Yurdu Universitetinin nümayəndəsinin tədbirdə iştirakı ali təhsil müəssisələri ilə turizm sənayesi arasında əlaqələrin möhkəmləndirilməsi, turizm sahəsindəki yeniliklərin akademik mühitə inteqrasiyası və gələcək mütəxəssislərin praktiki biliklərinin artırılması baxımından əhəmiyyətlidir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

