
BDU tələbələri gender bərabərliyi ilə bağlı maarifləndirilib
Ali təhsil müəssisələrimizdə tələbələrin sosial rifahına yönəlmiş layihələri, tələbə təşkilatlarının fəaliyyətini izləmək üçün direktor.az-a abunə olun. Universitet həyatındakı aktual müzakirələr, ekspert tövsiyələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) dəstəyi ilə tələbələr üçün “Gender bərabərliyi və məişət zorakılığı: sağlam münasibətlər” mövzusunda maarifləndirici təlim təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Təlimçi Fərid Seyfullayev gender bərabərliyinin əhəmiyyəti, məişət zorakılığının sosial-psixoloji tərəfləri, sağlam münasibətlərin formalaşdırılması və cəmiyyətdəki stereotiplərin insan davranışlarına təsiri barədə məlumat verib. Tədbirdə davranış psixologiyası, fərdi inkişaf, özünüdərk və şəxslərarası ünsiyyət məsələləri müzakirə edilib.
Fərid Seyfullayev emosional intellektin, empatiyanın və effektiv ünsiyyət bacarıqlarının qarşılıqlı münasibətlərdəki rolunu vurğulayıb. O, həmçinin psixoloji təzyiq və emosional manipulyasiyanın tanınması, şəxsi sərhədlərin qorunması, münaqişələrin konstruktiv həlli və sağlam davranış modellərinin qurulması ilə bağlı təcrübələrini bölüşüb. Sonda tələbələrin sualları cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

