
Məktəblilər “Bilim Bakı”da təlimlərə cəlb olunur
Şagirdlərin inkişafına yönəlmiş təlimləri, məktəb layihələrini və tədris prosesindəki innovativ addımları izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil siyasəti, məktəb sistemi və ölkəmizin maarif sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Paytaxt məktəbliləri “Bilim Bakı” mərkəzində müxtəlif dərnəklərə və təlim proqramlarına cəlb olunur.
Direktor.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Əsas məqsəd şagirdlərə məktəbdə əldə etdikləri biliklərin təcrübədə tətbiqi yollarını öyrətmək, gündəlik həyatda necə istifadə olunduğunu göstərmək və təbiət hadisələrini təcrübələr vasitəsilə əyani şəkildə nümayiş etdirməkdən ibarətdir.
“Bilim Bakı” mərkəzində təlimlər “Sahibkarlıq”, “Astronomiya, kosmos və aviasiya”, “Riyaziyyat”, “Dizayn”, “Təbiət elmləri” və “Texnologiya laboratoriyalarında keçirilir. Təlimlərdə mövzuların hər biri uşaqların yaş qruplarına, dünyagörüşünə və məktəb proqramına uyğun olaraq formalaşdırılır.
Qeyd edək ki, ümumi təhsil məktəblərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönələn “Bilim Bakı” mərkəzi gənc nəslə XXI əsr bacarıqlarının aşılanmasına, elmi biliklərin təcrübədə tətbiqinə, onlarda texnologiyaya marağın, innovasiya fəaliyyətinə həvəsin və bu sahədə məlumatlılığın artırılmasına imkan yaradır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

