
Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllim üçün peşəkar inkişaf təlimi keçirib
BŞTİ Həmkarlar İttifaqı Komitəsinin təhsil işçiləri üçün təşkil etdiyi təlim proqramı, işgüzar kommunikasiya və simulyasiya təqdimatları haqqında ən son yeniliklər üçün direktor.az-a abunə olun. Məktəb rəhbərlərinin və pedaqoji heyətin peşəkar inkişafına yönələn layihələri, idarəetmə təlimlərini və rəsmi xəbərləri yaxından izləmək üçün bildirişləri aktiv edin.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təhsil sahəsində çalışan mütəxəssislər üçün xüsusi təlim proqramı reallaşdırılıb.
Direktor.az xəbər verir ki, bu barədə BŞTİ-i məlumat yayıb.
Tədbirə BŞTİ-nin əməkdaşları, paytaxt məktəblərinin direktor müavinləri və pedaqoji heyət qatılıb.
Proqramın əsas məqsədi pedaqoq və inzibati heyətin idarəetmə, strateji planlaşdırma, qərar qəbul etmə və işgüzar kommunikasiya istiqamətində praktiki səriştələrini təkmilləşdirməkdən ibarət olub. Təlim müddətində işgüzar ünsiyyət etikası, korporativ mühitin formalaşdırılması, müasir informasiya vasitələrindən səmərəli yararlanma, rəsmi sənədləşmədə dil qaydalarına riayət olunması və sosial media səhifələrinin peşəkar prinsiplərlə idarə edilməsi kimi aktual istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda strateji hədəflərin müəyyənləşdirilməsi və icra mexanizmlərinin monitorinqi məsələlərinə aydınlıq gətirilib.
İştirakçılara həmçinin “İşgüzar Azərbaycan dili: rəsmi yazışmalar və sosial media hesablarının idarə olunması”, “2026–2027-ci tədris ili üzrə strateji matrisin hazırlanması, həyata keçirilməsi və monitorinqi” və “Təhsilin idarə edilməsi üzrə simulyasiya” mövzularında praktiki təqdimatlar nümayiş etdirilib, real nümunələr təhlil edilərək suallar cavablandırılıb.
Təlimin yekununda iştirakçılar arasında komanda ruhunu və bilik səviyyəsini yoxlayan intellektual yarış təşkil olunub. Fərqlənən təhsil işçilərinə diplom və xatirə hədiyyələri təqdim edilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin