
Yeni tədris ilində Bakı məktəblərində 500 mindən çox şagird təhsil alacaq
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəblərdə şagird və müəllim sayı, siniflər üzrə bölgü və rəsmi statistik proqnozlar haqqında məlumatlar üçün direktor.az-a abunə olun. Məktəblərdəki inkişaf proseslərini, təhsil göstəricilərini və paytaxtın tədris gündəmini addım-addım izləmək üçün bildirişləri aktiv edin.
BŞTİ-nin tabeliyindəki məktəblərdə 504 413 şagird təhsil alacaq.
Direktor.az xəbər verir ki, bu barədə BŞTİ-i məlumat yayıb.
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 504 413 şagirdin təhsil alacağı gözlənilir.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 39 999, IX sinfində 49 167, XI sinfində 39 479, XII sinfində 99 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Paytaxtdakı ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 17 863 beşyaşlının cəlb olunması nəzərdə tutulur.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəslərinə isə 35 043 uşaq cəlb olunub.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 29 715 müəllim, məktəbəqədər təhsil müəssisəslərində isə 4 137 tərbiyəçi-müəllim çalışır.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 729 təhsil müəssisəsi, 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin