
BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
Ali təhsil müəssisələrində keyfiyyət təminatı mexanizmlərini, beynəlxalq təcrübə mübadiləsini izləmək üçün direktor.az-a abunə olun. Universitetlərin qlobal əməkdaşlığı və strateji yeniliklərdən xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələr üçün “Təhsilə doğru motivasiya” adlı təlim keçirib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Sektorun psixoloqu Natəvan Həsənzadə motivasiya anlayışı, onun təhsil prosesində rolu, tələbələrin qarşılaşdığı motivasiya çətinliklərinin aradan qaldırılması yolları haqqında tələbələrə məlumat verib. İştirakçılar motivasiya sahəsində geniş istifadə olunan Abraham Maslounun “Tələbatlar piramidası” və Pirs Stilin “Motivasiya nəzəriyyəsi” ilə tanış edilib. Bu nəzəriyyələrin gündəlik həyat və təhsil prosesində tətbiq yolları izah olunub.
Təlimin praktiki hissəsində motivasiyanı gücləndirməyə yönələn tapşırıqlar həyata keçirilib, iştirakçılar müxtəlif situasiyalar üzərində işləyərək öz hədəflərini müəyyənləşdirmək və onlara çatmaq yollarını müzakirə ediblər. Tələbələr mövzu ilə bağlı test edib, nəticələr əsasında öz motivasiya səviyyələrini qiymətləndiriblər.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

