
BDU-nun bəzi tələbələri “SABAH.ctiy” də təhsil alacaqlar
Ali təhsil müəssisələrindəki müasir tədris metodları, innovativ laboratoriya mühitləri və tələbələrin praktiki inkişafına yönələn layihələri operativ izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil gündəmindəki ən mühüm yeniliklərdən, rəsmi qərarlardan və aktual akademik hadisələrdən daima agah olmaq üçün bizi izləməyə davam edin.
Bakı Dövlət Universitetində tədris prosesinin müasirləşdirilməsi istiqamətində növbəti addım atılıb.
Direktor.az xəbər verir ki, ali təhsil ocağının Elmi Şurasının yeni tədris ilinin ilk toplantısında qəbul edilən qərara əsasən, bir sıra ixtisaslarda təhsil alan tələbə və magistrantlar üçün bəzi fənlərin tədrisi birbaşa "SABAH.city" innovativ məkanında təşkil olunacaq.
2026/2027-ci tədris ilinin payız semestrindən qüvvəyə minəcək yenilik, ilk növbədə, dəqiq və təbiət elmləri sahəsini əhatə edəcək. Planlaşdırılan dəyişikliyə görə, magistratura səviyyəsində fizika üzrə nanofizika, nanotexnologiyalar, həmçinin yarımkeçiricilər və dielektriklər fizikası istiqamətində oxuyan gənclər, eləcə də biologiya üzrə molekulyar biologiya və mikrobiologiya ixtisaslaşmalarının magistrantları dərslərinin bir hissəsini sözügedən mərkəzdə alacaqlar.
Bununla yanaşı, bakalavriat pilləsində biologiya və biotexnologiya ixtisaslarında oxuyan tələbələr də nəzərdə tutulmuş fənlərin mənimsənilməsi məqsədilə "SABAH.city"nin müasir tədris imkanlarından faydalanacaqlar. Bu təşəbbüsün gələcək mütəxəssislərin elmi-tədqiqat və praktiki vərdişlərinin inkişafına əhəmiyyətli töhfə verəcəyi gözlənilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin