
Beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçim imtahanları keçirilib
İstedadlı şagirdlərin aşkar olunması, beynəlxalq bilik yarışlarına hazırlıq prosesi və fənn olimpiadaları ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Məktəblilərimizin elmi uğurları və təhsil sistemindəki bütün mühüm hadisələri öyrənmək üçün bizi izləməyə davam edin.
Oktyabrın 11-də fizika, riyaziyyat, kimya və biologiya fənləri üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçim imtahanları təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan bildirilib. İmtahanların keçirilməsində məqsəd müvafiq fənlər üzrə yüksək bilik və bacarıqlara, beynəlxalq olimpiadalarda ölkəmizi təmsil etmək potensialına malik istedadlı şagirdləri müəyyənləşdirmək və onların sistemli hazırlıq prosesinə cəlb olunmasını təmin etməkdir.
Seçim imtahanlarının nəticələrinə əsasən yüksək göstərici əldə edən şagirdlər beynəlxalq olimpiadalara hazırlıq qruplarına cəlb olunacaqlar.
Qruplarda şagirdlərin fənlər üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların mürəkkəb olimpiada tapşırıqlarının həlli istiqamətində hazırlıqlarının gücləndirilməsi və beynəlxalq yarışlara hazırlıq səviyyələrinin yüksəldilməsi nəzərdə tutulur.
Seçim imtahanlarının nəticələri və növbəti mərhələlərlə bağlı məlumatlar yaxın günlərdə elan olunacaq.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin