
Məktəblilər üçün Qərbi Azərbaycanın tarixi mövzusunda müsabiqə keçirilib
Məktəblilərin tarixi biliklərinin artırılması, yaradıcı və tədqiqat bacarıqlarının inkişafı ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Təhsil sahəsindəki müsabiqələri və təşəbbüsləri öyrənmək üçün bizi izləməyə davam edin.
Beyləqan rayon təhsil sektorunun təşkilatçılığı ilə “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” adlı müsabiqə keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib. Tədbirdə Beyləqan Rayon Təhsil Sektorunun müdiri Elvin Abbasov, sektorun əməkdaşları, şagirdlər, müəllimlər, valideynlər və dərnək rəhbərləri iştirak ediblər.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Qərbi Azərbaycanın tarixi-mədəni irsi və tarixi abidələri haqqında biliklərini artırmaq, onların yaradıcılıq və tədqiqat bacarıqlarını inkişaf etdirmək, eyni zamanda milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək olub. Müsabiqə çərçivəsində şagirdlər Qərbi Azərbaycanın tarixi-mədəni irsini təmsil edən abidələrin üçölçülü maketlərini hazırlayıb, təqdim etdikləri işlər əsasında həmin abidələrin tarixi və mədəni əhəmiyyəti barədə məlumat veriblər. Nümayiş olunan maketlər və təqdimatlar şagirdlərin araşdırma, yaradıcı düşünmə və təqdimat bacarıqlarının inkişafı baxımından diqqət çəkib. Qeyd olunub ki, bu kimi maarifləndirici müsabiqələrin təşkili məktəblilərin tarixi irsimizə marağının artırılması, tarixi yaddaşın qorunması və milli-mədəni dəyərlərin gənc nəslə aşılanması baxımından əhəmiyyətlidir.
Müsabiqəyə təqdim olunan işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmənin nəticələrinə uyğun olaraq qalib şagirdlərin fəxri fərman və mükafatlarla təltif olunması nəzərdə tutulur.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin