
Laçın məktəbində kosmos həftəsi qeyd olunub
Məktəblilərin elmi biliklərə marağının artırılması, tədqiqat bacarıqlarının inkişafı ilə bağlı xəbərləri izləmək üçün direktor.az-a abunə olun. Məktəblərimizin fəaliyyəti və təhsil sistemindəki mühüm hadisələri öyrənmək üçün bizi izləyin.
Azərbaycan Respublikasının Kosmik Agentliyinin nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşəbbüsü ilə 4-10 oktyabr tarixlərində qeyd olunan Ümumdünya kosmos həftəsi çərçivəsində Laçın şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir təşkil olunub.
Direktor.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən bildirilib. Tədbirdə şagirdlər kosmos, Günəş sistemi, planetlər və Azərbaycanın kosmik nailiyyətləri haqqında müstəqil araşdırmalar əsasında hazırladıqları maraqlı və yaradıcı təqdimatlarla çıxış ediblər. Şagirdlərin fəallığı, elmi biliklərə marağı, xüsusilə tədqiqat və təqdimat bacarıqları tədbirə xüsusi rəng qatıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin