
“BilBacar” müsabiqəsinin I hazırlıq mərhələsi başlanılıb
İbtidai sinif şagirdlərinin rəqəmsal qiymətləndirmə bacarıqlarını artıran bu cür intellektual yarışları, mərhələ nəticələrini izləmək üçün direktor.az-a abunə olun. Şagirdlərin fərdi inkişafına təkan verən müsabiqələr, rəsmi elanlardan xəbərdar olmaq üçün bizi izləyin.
“BilBacar” müsabiqəsinin I hazırlıq mərhələsinə başlanılıb.
Direktor.az xəbər verir ki, bu barədə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, şagirdlər məktəb koordinatorları tərəfindən təqdim olunan giriş məlumatları vasitəsilə platformaya daxil olaraq sualları cavablandıra bilərlər.
Qeyd edək ki, müsabiqə üzrə qeydiyyat prosesi davam edir. Müsabiqə haqqında ətraflı məlumatı bilbacar.edu.az internet səhifəsindən əldə etmək mümkündür.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

