
OYU-da “Sosial Lab” layihəsi çərçivəsində görüş keçirilib
Ali təhsil müəssisələrində keçirilən praktiki təlimlər və layihələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil gündəmindəki aktual proseslərdən xəbərdar olmaq üçün bizi izləyin.
Odlar Yurdu Universitetində “Sosial Lab” layihəsi çərçivəsində növbəti işgüzar görüş keçirilib. Görüş “İqtisadiyyat və iqtisadi münasibətlər” kafedrasının təşkilatçılığı ilə baş tutub.
Direktor.az xəbər verir ki, bu barədə univetsitetdən bildirilib. Görüşdə kafedranın müdiri və əməkdaşları, eləcə də Milli Observatoriyanın Təhlil və Tədqiqatlar şöbəsinin baş mütəxəssisi Novruzov Nofel iştirak ediblər.
Görüşün əsas məqsədi layihənin hədəf və məqsədlərinin müzakirəsi, elmi-praktiki əməkdaşlığın genişləndirilməsi, eləcə də gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub. Müzakirələr zamanı “Sosial Lab” layihəsinin həyata keçirilməsi ilə bağlı əsas prioritetlər, elmi və praktiki təcrübə mübadiləsinin əhəmiyyəti, müvafiq sahədə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. İştirakçılar layihənin məqsədlərinə uyğun olaraq qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və birgə fəaliyyətin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Görüş çərçivəsində universitet ilə Milli Observatoriya arasında elmi-praktiki əlaqələrin inkişaf etdirilməsi və layihənin fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

