
Bağça müəllimlərinin sertifikatlaşdırma prosesisinə hazırlıq üçün sınaq imtahanı keçiriləcək
Məktəbəqədər və ümumi təhsil sahəsində həyata keçirilən rəsmi prosesləri, imtahan yeniliklərini izləmək üçün direktor.az-a abunə olun. Pedaqoji kadrların inkişafı, qiymətləndirmə çərçivələrindən xəbərdar olmaq üçün bizi izləyin.
Noyabrın 24-də dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırması prosesinə hazırlıq məqsədilə sınaq imtahanları keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumu Təhsil üzrə
Dövlət Agentliyindən bildirilib. Proses “Microsoft Teams” platforması üzərindən onlayn formada, saat 15:00-dan etibarən başlayacaq və iştirak növbəti 24 saat ərzində aktiv olacaq. 120 dəqiqə davam edəcək sınaq imtahanında ümumilikdə 60 sual təqdim olunacaq. Suallar məktəbəqədər təhsilin məzmunu və metodikası, uşaq və yaş psixologiyası istiqamətlərini əhatə edəcək. İmtahan zamanı səhv cavablar yekun nəticəyə təsir göstərməyəcək və hər bir namizədə sınaqda yalnız bir dəfə iştirak etmək imkanı veriləcək. Sualların əhatə etdiyi sahələr və mövzularla bağlı ətraflı məlumat “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirilmə çərçivəsi” sənədində öz əksini tapıb.
Qeyd edək ki, sertifikatlaşdırma prosesi məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının obyektiv qiymətləndirilməsi məqsədini daşıyır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin
