
SDU-da əməkdaşlıq və komanda işi mövzusunda təlim keçirilib
Ali təhsil müəssisələrində keçirilən praktiki təlimlər və layihələri izləmək üçün direktor.az-a abunə olun. Təhsil gündəmindəki aktual proseslərdən xəbərdar olmaq üçün bizi izləyin.
Sumqayıt Dövlət Universitetində (SDU) Keyfiyyət Təminatı və Strategiya şöbəsi və Mükəmməllik Mərkəzinin birgə təşkilatçılığı ilə Təlim İnkişaf Planına uyğun olaraq “Komanda işi və əməkdaşlıq” mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Təlimçi Nəsimi Məmmədov əvvəlcə öz fəaliyyəti haqqında məlumat verərək son 20 il ərzində bp şirkətində müxtəlif vəzifələrdə çalışdığını, hazırda da sənayedən dəvət olunmuş mütəxəssis qismində Sumqayıt Dövlət Universitetinin Kimya kafedrasında müəllim kimi fəaliyyət göstərdiyini bildirib.
O, peşəkar təcrübəsinə əsaslanaraq komanda işinin, xüsusilə də istehsalat və iş mühitində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Təlimdə davranış kodeksi, komanda işi və effektiv əməkdaşlıq məsələlərinə toxunaraq davranış kodeksinin zəruriliyi, kollektivdə ortaq qaydaların formalaşdırılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və düzgün qərarların qəbulunda onun rolu barədə ətraflı məlumat verib. Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

