
BMU müəlliminin yeni kitabı nəşr olunub
Thsil müəssisələrində nəşr olunan yeni dərsliklər və akademik yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Universitetlərimizin elmi potensialı və ölkəmizin maarif sistemindəki nailiyyətlərdən xəbərdar olmaq üçün bizi izləyin.
Bakı Mühəndislik Universitetinin müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Ərşad Quliyevin müəllifi olduğu “Heyvan biotexnologiyası” adlı növbəti dərs vəsaiti çapdan çıxıb.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. Kitabda müasir biotexnologiyanın heyvandarlıqda tətbiqi, genetika və seleksiya metodları, eləcə də bu sahədəki elmi yeniliklər əhatə olunur. Nəşrdə irsiyyətin molekulyar əsasları, genetik və hüceyrə mühəndisliyi, embrion transplantasiyası, transgen heyvanların alınması, klonlaşdırma və süni mayalanma kimi aktual mövzulara yer verilir. Bununla yanaşı, yem preparatlarının biotexnologiyası, üzvi tullantıların biokonversiyası və biotəhlükəsizlik məsələləri də nəzərdən keçirilir.
Dərs vəsaiti tələbələrin müasir biotexnoloji və seleksiya-genetik metodlar haqqında nəzəri biliklərinin genişləndirilməsinə, bu metodların heyvandarlıqda tətbiqi imkanları barədə təsəvvürlərinin formalaşdırılmasına, eləcə də gələcək mütəxəssislərin elmi-praktik hazırlığının gücləndirilməsinə xidmət edir. Nəşr biotexnologiya, qida mühəndisliyi və zoomühəndislik ixtisasları üzrə təhsil alan tələbələr, magistrantlar və tədqiqatçılar üçün faydalı elmi-metodik mənbə kimi nəzərdə tutulub.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin