
BMU tələbələri Sumqayıt Elektrik Stansiyasında ekskursiyada olublar
Ali məktəblərdə nəzəri tədrisin mədəni-təcrübi dərslərlə zənginləşdirilməsi, tələbələrin yaradıcı inkişafını izləmək üçün direktor.az-a abunə olun. Təhsil ocaqlarımızın fəaliyyəti, ekskursiyalardan xəbərdar olmaq üçün bizi izləyin.
BMU tələbələri Sumqayıt Elektrik Stansiyasında ekskursiyada olublar
Bakı Mühəndislik Universitetinin (BMU) energetika mühəndisliyi və elektrik və elektronika mühəndisliyi ixtisasları üzrə III kurs tələbələri üçün Sumqayıt Elektrik Stansiyasına ekskursiya təşkil edilib.
Direktor.az xəbər verir ki, bu barədə universitetdən bildirilib. BMU-nun Avtomatika, telekommunikasiya və energetika kafedrasının dosenti Şəmsi Nəsirovun rəhbərliyi ilə keçirilən ekskursiya zamanı tələbələr stansiyanın enerji təchizatı obyektlərinə baş çəkib, iş prosesi ilə yaxından tanış olublar. Baş idarəetmə mərkəzində isə stansiyanın avtomatlaşdırılmış idarəetmə sistemi haqqında məlumat əldə ediblər. Ekskursiya çərçivəsində müəssisənin aparıcı mütəxəssisləri tələbələrə elektrik stansiyasının əsas texnoloji prosesləri, istifadə olunan avadanlıqlar və elektrik birləşmə sxemləri barədə ətraflı məlumat veriblər. Sahə mütəxəssisləri ilə görüş tələbələrə nəzəri biliklərini real istehsalat mühiti ilə əlaqələndirmək, enerji istehsalının texniki xüsusiyyətlərini daha yaxından öyrənmək imkanı yaradıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

