
Bu könüllülər Prezident Kitabxanasının rəsmi oxucusu kimi qeydiyyata alınıblar
Gənclərin akademik inkişafını, könüllülük layihələrini və təhsil mühitindəki bütün mühüm ictimai təşəbbüsləri yaxından izləmək üçün direktor.az-a abunə olun. Rəsmi elanları və ölkə gündəmindəki vacib hadisələri addım-addım izləmək üçün bildirişləri aktiv edin.
AHİK könüllüləri Prezident Kitabxanasında olublar.
Direktor.az xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından bildirilib.
AHİK-in təşəbbüsü ilə həyata keçirilən eyniadlı könüllülük proqramının iştirakçıları Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasını ziyarət ediblər.
Ziyarət zamanı gənclər müəssisənin zəngin informasiya bazası, nadir nəşrləri, müasir standartlara uyğun elektron xidmətləri və müxtəlif sahələri əhatə edən tematik kolleksiyaları ilə yaxından tanış olublar. Kitabxananın mütəxəssisləri könüllülərə qurumun formalaşma tarixi, fəaliyyət prinsipləri və dövlətçilik ənənələrini işıqlandıran elmi-tarixi ədəbiyyatlar haqqında ətraflı məlumat veriblər.
Görüş çərçivəsində könüllülərin hər biri Prezident Kitabxanasının rəsmi oxucusu kimi qeydiyyata alınıb. Bu addım gənclərin akademik potensialının gücləndirilməsi, fərdi və peşəkar bacarıqlarının inkişafı, eləcə də etibarlı informasiya qaynaqları ilə işləmək vərdişlərinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin