
235 namizəd məktəb vəzifələri üçün biliklərini sınayıb
Təhsil müəssisələrində kadr təminatı üzrə müsabiqələri, imtahan qaydalarını və regional təhsil elanlarını izləmək üçün direktor.az-a abunə olun. Test imtahanlarının nəticələri, növbəti seçim mərhələləri və ölkə təhsil gündəmindəki bütün mühüm inkişafları vaxtında öyrənmək üçün bildirişləri aktiv edin.
Şəki-Zaqatala regionunda məktəblərdəki vakant vəzifələr üzrə növbəti test imtahanı keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində kadr təminatının gücləndirilməsi məqsədilə işə qəbul müsabiqəsinin növbəti test imtahanı təşkil edilib. Şəki şəhər 11 nömrəli tam orta məktəbdə mərkəzləşdirilmiş və elektron formatda keçirilən sınaq prosesində ümumilikdə 235 namizəd iştirak edib.
Qiymətləndirmə mərhələsi ümumtəhsil məktəblərində vakant olan təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, çağırışaqədərki hazırlıq rəhbəri, psixoloq və laborant vəzifələrini əhatə edib.
İmtahan zamanı namizədlərin nəzəri və praktiki biliklərini yoxlamaq üçün 120 dəqiqə vaxt ayrılıb. İştirakçılara ümumilikdə 60 tapşırıqdan ibarət test bloku təqdim edilib:
İxtisas (iddia olunan vəzifə üzrə): 30 sual
Müvafiq qanunvericilik: 15 sual
İnformasiya-kommunikasiya texnologiyaları (İKT): 15 sual
İmtahanda qüvvəsini sınayan bütün namizədlərə müsabiqənin növbəti mərhələlərində müvəffəqiyyətlər arzu edilir.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin