
Dağlıq Şirvan RTİ-nin müdiri şəhid ailələri ilə görüşüb
27 Sentyabr – Anım Günü münasibətilə regional təhsil qurumları tərəfindən şəhid ailə üzvləri və müharibə iştirakçıları ilə təşkil olunan görüşləri izləmək üçün direktor.az-a abunə olun. Ümumi təhsil idarəçiliyi, regional təşəbbüslər və ölkənin bütün maarif ocaqlarında keçirilən rəsmi anım proqramları ilə bağlı məlumatlı olmaq üçün bizi izləməyə davam edin.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri və müharibə iştirakçıları ilə görüş keçirib.
Direktor.az xəbər verir ki, görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Şamaxı rayon Komitəsinin sədri Fuad Nəsirov, Regional Təhsil İdarəsinin əməkdaşları və rayon təhsil sektorlarının müdirləri iştirak ediblər.
Görüşdən əvvəl Regional Təhsil İdarəsinin rəhbərliyi və tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Görüş zamanı şəhidlərimizin qəhrəmanlığından, Vətən uğrunda göstərdikləri misilsiz fədakarlıqdan və onların xalqımızın yaddaşında əbədi yaşayacaq şərəfli ömür yolundan bəhs olunub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi Zəfərin əldə olunmasında şəhidlərimizin müstəsna xidmətləri xüsusi vurğulanıb.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq, onların daim diqqət və ehtiramla əhatə olunmasının vacibliyini qeyd edib. Bildirib ki, Regional Təhsil İdarəsi şəhid ailə üzvlərinin qayğılarını hər zaman diqqətdə saxlayacaqdır.
Şəhid ailə üzvləri görüş zamanı övladları ilə bağlı xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda məktəblilər tərəfindən Vətənə və şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
Şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq!
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin