
DİM-in rəhbərliyi Zəfər parkına ziyarət edib
Dövlət İmtahan Mərkəzinin rəhbərliyi və əməkdaşlarının Zəfər Parkını ziyarət etməsi, ictimai anım tədbirlərini izləmək üçün direktor.az-a abunə olun. İmtahan idarəçiliyi, dövlət strukturlarının fəaliyyəti və ölkəmizin maarifləndirmə mühitindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbərliyi və əməkdaşları Zəfər Parkına ziyarətə edib, şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar.
Direktor.az xəbər verir ki, ziyarət zamanı parkın girişində ucaldılan Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, vətən uğrunda canından keçən qəhrəman övladlarımızın xatirəsi dərin sükut və ehtiramla yad edilib.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində şücaət göstərərək üçrəngli bayrağımızı azad olunmuş yurdlarımızda dalğalandıran və torpaqlarımızın ərazi bütövlüyü naminə canını fəda edən şəhidlərimizin adı xalqımızın yaddaşında daim uca tutulacaqdır.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin