
TAU ən yüksək bal toplayan tələbələrini açıqlayıb
Ali təhsil müəssisələrinə qəbul prosesini, tələbə qəbulu statistikalarını və gənclərin akademik nailiyyətlərini izləmək üçün direktor.az-a abunə olun. Ali təhsil idarəçiliyi, mühəndislik sahəsində yeni kadr hazırlığından agah olmaq üçün bizi izləməyə davam edin.
Türkiyə-Azərbaycan Universitetinə (TAU) qəbul imtahanlarında fərqlənərək ixtisaslar üzrə ən yüksək bal toplayan tələbələrin adları açıqlanıb.
Direktor.az xəbər verir ki, ali təhsil müəssisəsinin təqdim etdiyi məlumata əsasən, müxtəlif mühəndislik istiqamətləri üzrə ən yaxşı göstəriciyə imza atan gənclər müəyyənləşib. Sənaye mühəndisliyi ixtisasına qəbulda ən yüksək nəticəni 667.5 bal toplayan Fatimə Hacıməmmədli göstərib. Kompüter mühəndisliyi üzrə birincilik 647.2 balla Ayxan Əhmədova məxsusdur. Qida mühəndisliyi ixtisası üzrə isə Xədicə Nəzərova 562.4 bal toplayaraq ən yüksək göstəriciyə imza atıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin