
Dərsdinləmədə rubrikdən, izləmə və simulyasiya alətlərindən necə istifadə etməli. Situasiyalar
Material xüsusilə məktəb direktorları, tədris üzrə direktor müavinləri, metodbirləşmə rəhbərləri və rəhbər vəzifəsinə hazırlaşanlar üçün dərsdinləməni daha məqsədli, obyektiv və inkişafyönümlü təşkil etməyə praktik dəstək verir.
Dərsdinləmənin məqsədi müəllimi yoxlamaq deyil, ona dərsini yaxşılaşdırmaqda kömək etməkdir. Bu işdə direktor və müavin üç sənəddən istifadə edir: rubrik–müşahidə forması, izləmə aləti və simulyasiya aləti. Əsas sənəd rubrik–müşahidə formasıdır. İzləmə aləti müşahidələrin nəticələrini qeydə almaq, simulyasiya aləti isə bu işi öyrənmək üçündür. Rubrikdə 11 meyar var: dərsin planlaşdırılması, fəaliyyətlərin təlim nəticəsinə uyğunluğu, öyrənmənin izlənilməsi, əks-əlaqə, təlim nəticəsi və meyarların təqdimatı, diferensial yanaşma, sual-cavab və müzakirə, qiymətləndirmə meyarları, nizam-intizam, ünsiyyət və resurslar. Hər meyarın dörd səviyyəsi var: birinci səviyyə ən zəif, dördüncü səviyyə ən güclüdür. Səviyyələrin təsviri müəllimin və şagirdlərin dərsdə nə etdiyini göstərir, ona görə müşahidəçi şəxsi fikrinə yox, gördüyü fakta əsaslanır. Müəllim də rubrikə baxaraq bu səviyyəni nə üçün aldığını və növbəti səviyyəyə çatmaq üçün nə etməli olduğunu görür.
Abunə Məzmunu
Bu məqaləyə və bütün premium məzmuna tam giriş əldə etmək üçün abunə olun.

