
DİM agentlik əməkdaşları üçün təlim keçirib
Peşəkar bacarıqların artırılması, idarəetmə təlimləri və dövlət qulluğunda səriştələrin qiymətləndirilməsi ilə bağlı yenilikləri izləmək üçün direktor.az-a abunə olun. Maarifləndirici layihələr və təhsil sistemindən xəbərdar olmaq üçün bizi izləyin.
Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun böyük məsləhətçisi Sevinc Məmmədova tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün “İş mühitində stresin rolu və onunla mübarizə yolları” mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlimdə iştirakçılar stresin yaranma səbəbləri, növləri və əlamətləri ilə tanış olublar. Stresin fiziki və psixoloji sağlamlığa, gündəlik həyata və iş fəaliyyətinə təsiri müzakirə edilib.
Təlimin praktik hissəsində iştirakçılar iş və gündəlik həyatla bağlı situasiyaları təhlil edib, stres yaradan amilləri müəyyənləşdirib və mümkün həll yollarını müzakirə ediblər. Nümunələr üzərində hadisəni necə şərh etdiyimizin həmin hadisəyə emosional reaksiyamıza necə təsir göstərdiyi nəzərdən keçirilib.
Təlimdə həmçinin gərginliyi azaltmaq üçün nəfəs və relaksasiya məşqləri, işləri vacibliyinə və təcililiyinə görə planlaşdırmaq üsulları və stresin idarə olunması üzrə fərdi planın hazırlanması barədə məlumat verilib.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin

