
DİM “Daha təhsilli gələcək” devizi ilə Forum keçirəcək
Təhsildə qlobal çağırışları, məktəb mühitinin pedaqoji dizaynını, süni intellekt və rəqəmsal qiymətləndirmə mexanizmlərinə dair mütəxəssis yanaşmalarını izləmək üçün direktor.az-a abunə olun. Elm və təhsil idarəçiliyi, beynəlxalq forumlar və maarif sistemində həyata keçirilən əşəbbüslərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Oktyabrın 5-də “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək.
Direktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib. “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan Forum Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı, “Regional İnkişaf” İctimai Birliyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçiriləcək.
Forumda təhsildə yeni çağırışlar, şagird rifahı, məktəb mühitinin pedaqoji dizaynı, rəqəmsal pəhriz, məktəb memarlığının öyrənməyə təsiri və süni intellektdən istifadə zamanı bilik və bacarıqların qiymətləndirilməsi kimi aktual mövzular müzakirə olunacaq.
📌 Əyani iştirak üçün əvvəlcədən qeydiyyatdan keçmək tələb olunur. Yerlər məhduddur.
🔗 Qeydiyyat: https://forms.gle/KSpf4JvfXg6DYkxB8
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin