
DİM nazirlik əməkdaşları üçün təlim keçirib
Dövlət orqanlarında kadr siyasətini, vakant vəzifələrin tutulması şərtlərini və dövlət qulluqçularının hüquqi təminatı ilə bağlı layihələri izləmək üçün direktor.az-a abunə olun. Dövlət idarəçiliyi, qanunvericilikdəki ən son dəyişikliklərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün “Dövlət qulluğu keçmə ilə bağlı münasibətlərin hüquqi tənzimlənməsi: müqayisəli təhlil” mövzusunda təlim keçirilib.
Direktor.az xəbər verir ki, bu barədə DİM-dən bildirilib. Təlim zamanı Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin Hüquqi təminat sektorunun böyük məsləhətçisi Cavid Cəərçiyev tərəfindən iştirakçılara “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədi, dövlət orqanlarının kateqoriyaları, dövlət qulluğu vəzifələrinin təsnifatı və ixtisas dərəcələri ilə bağlı məlumatlar verilib. Həmçinin dövlət orqanlarının kateqoriyasına uyğun olaraq vakant inzibati vəzifələrin tutulmasının ümumi şərtləri, habelə həmin vəzifələr üzrə tələb olunan sertifikatlar (vəzifə qrupu və alt qrupu), vakant inzibati vəzifələrin tutulması üçün keçirilən müsabiqələrin növləri, “Dövlət qulluğu haqqında” Qanuna edilən cari dəyişikliklər və digər məsələlər barədə məlumat verib.
Təlimin sonunda dövlət qulluğu keçmə ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Bu mövzu ilə bağlı audio və video izahları, PDF-ləri və testləri əldə etmək istəyirsinizsə abunə ol bölməsinə keçin